ABŞ Polşaya hərbi mövcudluğunu qoruyub saxlayacağına və artıracağına söz verib
“ABŞ Polşaya respublikadakı hərbi mövcudluğunu qoruyub saxlamağa və hətta artırmağa zəmanət verib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Polşa Baş nazirinin müavini və Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniak-Kamış deyib.
Kosiniak-Kamış bildirib: "Amerika qoşunlarının rotasiyası dayandırılıb, amma bizim üçün vacib olan gələcəklə bağlı bir bəyanatdır - Polşa Avropadakı Amerika qoşunlarının mövcudluğundakı dəyişikliklərdən uduzmayacaq, faydalanacaq. Biz Pentaqonla gündəlik əlaqə saxlayırıq".
Polşa müdafiə naziri əlavə edib ki, "Pentaqona Polşada yeni Amerika hərbi bazasının yaradılması ilə bağlı təklifim də var. Onun yerləşməsi üçün bir neçə variant var, o cümlədən Böyük Polşa voyevodalığı və Aşağı Sileziyada", - deyə Polşa müdafiə naziri əlavə edib.