Azərbaycanda son sutkada 287 nəfərə koronavirusa qarşı peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 287 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 92, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 89, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 11 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 945 750, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 064, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 041, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 426 nəfər təşkil edir.