Qubanın kəndinə hücum etmiş ayıyla bağlı İşçi Qrup yaradılıb

Xəbərlər

07.09.2019 - 01:31

İşçi Qrup sözügedən ərazini nəzarətə götürüb

 

Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

 

AYNA-ya bu barədə ETSN-nin mətbuat xidmətindən məlumat verilib. 

 

Bildirilib ki, nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.

Müəllif: Ayna.az