Bayılda baş verən yanğın söndürülüb

Hadisə

07.01.2022 - 17:51

Açıq ərazidə 250 kvadratmetr sahədə qamışlıq və məişət tullantıları yanıb

Bakı şəhərinin Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğın söndürülüb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib. 

Yanğın nəticəsində açıq ərazidə 250 kvadratmetr sahədə qamışlıq və məişət tullantıları yanıb. 

Ətraf ərazilər yanğından mühafizə olunub.

Müəllif: Ayna.az