Qadın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Onlar mənzilin giriş qapısını açıb və orada, 1954-cü il təvəllüdlü Əhmədova Dilşad Batixan qızının meyitini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.