Bakıda 6 nəfərin həyatı xilas edildi

Hadisə

05.07.2019 - 10:38

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla, 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

 

Bu barədə AYNA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Müəllif: Ayna.az