ABŞ G7 bəyannaməsində Ukraynaya dəstək bəndinə qarşı çıxıb

Dünya

21.05.2025 - 12:39

Həkimlər Klinikalar SEO Xidməti

Vaşinqton Rusiyanın Ukraynadakı müharibəsinin sənədlərdə “qanunsuz” kimi qeyd edilməsinin də əleyhinədir

ABŞ Kanadada keçirilən “Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündən sonra G7-nin bəyanatına Ukraynaya əlavə dəstək haqqında bəndin daxil edilməsinə qarşı çıxıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, Vaşinqton Rusiyanın Ukraynadakı müharibəsinin sənədlərdə “qanunsuz” kimi qeyd edilməsinin də əleyhinədir.

Həmçinin məlum olub ki, NATO-nun qarşıdan gələn sammitində Ukraynanın hərbi bloka qoşulması yox, hərbi xərclərin artırılması və istehsalın artırılması mövzusu müzakirə olunacaq. Qeyd edilib ki, sammit əvvəlkilərdən daha qısa olacaq və onun yekunlarına əsasən tərəflər qısa bəyannamə qəbul edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş