Hadisə nəticəsində 5 qadın yaralanıb
ABŞ-ın şimal-şərqindəki Viskonsin ştatının Miluoke şəhərində atışma nəticəsində 15 yaşlı yeniyetmə ölüb, daha 5 nəfər yaralanıb. AYNA xəbər verir ki, CNBC telekanalının yerli bölməsinin məlumatına görə, atışma zamanı 5 qadın yaralanıb.
Polis hadisənin başvermə şəraitini araşdırır və şübhəli şəxsləri axtarır.