Muəllif: Elçin Şıxlı

Ceviz qurdu

Gecəyarıya yaxın acdığını hiss etdi. İş masasının arxasından qalxıb mətbəxə keçəndə yadına düşdü ki, həkimi axşamlar yeməməyi dönə-dönə tapşırıb. Ayaq saxladı. Ümid edirdi ki, aclıq hissi keçib gedəcək. Amma elə həmin an mədəsi quruldadı – acındandı. Nə qədər etdisə də, bir şey alınmadı – ayaqları özü onu mətbəxə gətirdi. Soyuducunu açıb bir xeyli yeməkdolu tava və qazanlara baxandan sonra udqunub qapısını örtdü.

Tam mətn