Muəllif: İbrahim Nəbioğlu

MÜNƏVVƏR VƏ BALƏLİ

(Avstriya Gündəliyi – 5) Uşaq vaxtı zəngli saatla deyil, tramvay səsilə oyanırdım. Cingiltisi sabahın səssizliyini yarırdı. Dəmir təkərləri relslərin calağından qıcırtılı səs çıxaranda gözlərim açılırdı. Saata baxmağa ehtiyac qalmırdı, tramvay ilk fitini saat düz altıda çalırdı. Bu isə hələ bir saat da yerimdə şellənə bilərəm deməkdi. Yeddi tamamda artıq yataqdan qalxır və anam məni məktəbə hazırlayırdı. O uzaq illərdən hafizəmdə qalan ən bariz səs elə 1 nömrəli tramvayın çıxardığı əsrarəngiz səslərdir… Oteldə gözlərimi tramvay səsilə açıram.

Tam mətn