Muəllif: Pərviz Cəbrayıl

“BU “BƏY”, “XAN” HAMIMIZIN ANASINI AĞLADACAQ…”

Söz vermişəm, bacardıqca gündəmdən yazmayacağam. Çünki bu ölkədə gündəm dediyimiz şey 99 faizlə yalan, saxta, bəsit, qurama, soxuşdurma olur. İndi yazacağım mövzusa gündəm kimi görünsə də, deyil. Qısa yazacağım uzun söhbətdi. Ən azı 20 yaşlı bəladı, şüurlu prosesin növbəti görsənişidi… *** Ernest Heminquey son saatına kimi içdi. İçdi və çəkdi! Hətta yazanda da qədəh əlindən düşmədi. Ancaq serroz olmadı, qara ciyəri çürümədi… Ölüm gəlib çıxmadığına görə özü-özünü öldürdü! *** …Ayın 4-də bəd xəbər eşitdim.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Martanın Kassandrası

“Ya müharibədə qəzet müxbiri olacaqdın, ya da yatağımda qadınım”. Ernest Heminquey bu sözlərlə bitirmişdi üçüncü evliliyini. Çünki qadını jurnalistikanı seçmişdi. 5 illik evlilikləri sürəkli ezamiyyətlər, sosial fəaliyyətlər üzündən sarsılmış və Hemi yalnızlığa sövq etmişdi. Keçən əsrin ən tanınmış savaş müxbiri, gözəllər gözəli Marta Gellhorn (1908-1998) doxsan illik ömrünün 60-nı qəzetçiliyə həsr etmişdi. Floridada, bir barda görmüşdü onu ilk dəfə Heminquey. İmzasını isə daha əvvəldən, yazdığı qısa reportajlarından tanımış, onun sadə və yalın cümlələrinə heyran qalmışdı.

Tam mətn