Muəllif: İbrahim Nəbioğlu

AY TANRISI ÇANYE

Uzaq keçmişlərdə, göydə on dənə Günəşin olduğu zamanlarda Çin torpaqları istidən yanırmış. Xalq su və məhsul qıtlığından məhv olmağa məhkum olmuşdu. Hou İ adlı bir oxatan xalqına kömək üçün Kunlun dağının zirvəsinə çıxaraq bir oxla doqquz Günəşi vurub yerə salır. Qalan tək Günəşə isə gecə gedib, şəfəqdə gəlməyi əmr edir. Hou İ xalqı xilas etdiyi üçün İmperator onu ölümsüzlük eliksiri ilə mükafatlandırır. Oxatan da mühafizə üçün eliksiri gözəllər gözəli arvadı Çanyeyə (Chang’e) verir.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Bu yay da keçdi…

Yenə də sentyabr… Xəzan mövsümünün xışıltılı səsləri. Günəş yenə »Məndən də bu qədər » deyib söndürməyə başlayır atəşini. Artıq bədəninizi isidəcək o sarı şüalar da yoxdur. Altında dursan belə bir işə yaramaz. Bir azdan yağışlar basacaq hər yanı. Bağdakılar köçməyə başlayıblar çoxdan. Çayxanalarda müştərisiz qalan stullar bir-birinin üstünə yığılıb. Haradasa yay kino-teatrları olmayan pərdələrini endirib. Saralmağa vaxt tapmayan rəngbərəng afişlər sökülməyə başlayıb.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Günəş varsa, hənirti var

— Ne harika yer burası! Nereden buldun bu Datça’yı? — “Elimle koymuş gibi buldum.” Can Yücel Mən Arif və Elçinlə Datçanın darısqal daş küçələrindən keçib birmərtəbəli daş evlərin arası ilə addımlayıram. Bağçalardan küçəyə rəngarəng çiçəklər boylanır. Beqonya, sardunya və melissanın qoxuları bihuş edir insanı. Dostlarıma tərəf dönüb:”Sizcə Datçaya hansı mövsümdə gəlmək lazımdır”,- deyə sual edirəm. Hər zamankı təmkini ilə Arifin cavabı lakonikdir:”Buralar hər zaman cənnətdir”.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Dünən dünyanın sonu olmadı

Xeyli vaxtdır «21 dekabr»la bağlı insanlarda vahimə doğuran əsassız proqnozlar və dünyanın sonunun gəldiyini inadla təsdiq etəməyə cəhd edən bəzi üzdəniraq «alimlər» biabırcasına ifşa olundular. 21 dekabr tarixi, adi günlərdən biri kimi olmasıyla yanaşı nə dünyanın dağılmasına, nə də kainatda buna bənzər bir hadisələrin baş verməsinə şahidlik edə bilmədi……

Tam mətn