Muəllif: Hüseynbala Səlimov

İTİRİLMİŞ NƏSİL VƏ YA “ARTIQ AZƏRBAYCANLILAR”…

Gənclik illəri 1988-93-cü illərə təsadüf etmiş adamlardan, əlbəttə ki, hamısından yox, bir hissəsindən, amma əhəmiyyətli hissəsindən bəhs etmək istəyirəm burada. Əslində o illərin gənclərinin axtarsan, hamısında dövrün, təsirinimi deyim, yoxsa rahiyəsini, hər halda, möhürünü tapmaq mümkündür. Bu adamlar artıq nə gəncdir, nə də hamısı sosial nərdivanın eyni pilləsində qərar tutublar. Amma bir hissəsi var ki, dövrün ritminə daha çox diqqət kəsildilər, onun təsirinə daha çox düşdülər. Mənim danışmaq, söz açmaq istədiyim də elə bunlardır.

Tam mətn
Muəllif: Seymur Kazımov

Güllə, mərmi altında yaşayan uşaqlar: “itirilmiş nəsil”

Sosial şəbəkədə bir foto gördüm. Vaxtilə Türkiyədə çalışmış icra məmuru idi.  Deyir ki, “evə daxil olduq, ev əşyalarını müsadirə etməliydik, növbə televizora çatdı. Evdəki balaca uşaq cizgi filminə baxırdı…. qeyri-ixtiyari baxışlarımız toqquşdu. Həmin gün vəzifəmdən istefa verdim.” Ötən ilin aprel hadisələri gərək ki, yadınızdadır. 20 ildən artıq davam edən Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlar ən aktiv fazaya keçmişdi. Jurnalist kimi həmin günləri cəbhəyanı kəndlərdə gərgin işləmişdim.

Tam mətn
Muəllif: Sədrəddin İsmayılov

«Baztab»: «Gənclər dinsizləşirlər»

Tehran hakimiyyətinin yürütdüyü sosial siyasət və başqa bu yöndə olan davranış ölkə gənclərinin islamdan uzaqlaşması, yaxud çeşidli dinlərə üz tutmasına səbəb olur. Ölkənin din adamları dəfələrlə bəyan ediblər ki, gənclər satanizmə belə meyillənirlər. Bu vəziyyəti İranda «ictimai fəlakət» kimi dəyərləndirənlər də var. İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı, keçmiş prezident Rəfsəncaninin…

Tam mətn