Muəllif: Hüseynbala Səlimov

Hökümət bəy deyil, politoloq-sosioloqlar da aşıq…

XX əsr bəşəriyyətin inkişafında həqiqətən də sıçrayış idi. Hansı parametri götürürsən götür, — istər elmi-texniki, istərsə də siyasi-iqtisadi olsun,- bircə əsr ərzində bəşəriyyət mövcud olduğu min illər ərzindəkindən qat-qat artıq edə bildi. Hərə XX əsri bir cür xarakterizə edir. Mübaliğəsiz demək olar ki, bu əsr həm də fizika əsri idi, çünki məhz bu dövrdə bəşəriyyət az qala məlum olmayanın, İlahi sirrin tamam sərhədinə yaxınlaşdı, fiziki təsəvvürlər bütün həyatımıza sirayət etdi və dünyagörüşümüzü dəyişdi.

Tam mətn
Muəllif: Arif Əliyev

“Cənnət”dən hökumətə hesabat

Radioda hökumətin doqquz aylıq fəaliyyətinin yekunlarına dair hesabatı dinləyirəm. Rəhbərlər bir-birini əvəzləyir, böhran içində çabalayan dünyada Azərbaycanın uğurlarından danışırlar: indi yalnız energetikamız “rövnəq”lənmir, bütün iqtisadiyyatımız “şahin” kimi pərvazlanır, durmadan irəliləyirik, inkişaf edirik, maaşlar artır, işsizlik azalır, güzəştli kreditlər çoxalır, biznes mühiti yaxşılaşır, təhsil güclənir, səhiyyə genişlənir, hər şey «ASAN»laşır, hər yan «ABAD»laşır… Belə çıxır ki, geri gedənlər təkcə mən və ətrafımdakılardır.

Tam mətn
Muəllif: Redaksiya

Autizmdən əziyyət çəkən uşaqların sayı getdikcə artır

Autizmdən əziyyət çəkən uşaqların sayı getdikcə artır. “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İB-nin məlumatına görə, onların sayı bir ildə 1,5 min nəfər artaraq, 4 min nəfərdən çox təşkil edib.»Baxmayaraq ki, Azərbaycan 4 ildir cəmiyyətin bu xəstəlik haqqında məlumatlılığının artırılmasına yönəlmiş “Mavi işıq saç” qlobal təşəbbüsünə qoşulub, cəmiyyət…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Zaqatala və Balakəndə narahatlıq və narazılıq var

Ötən ilin mayında 6 bal gücündə zəlzələ baş vermiş Zaqatala rayonunda əhalinin fəlakətin nəticələrinin aradan qaldırılması üzrə hakimiyyətin fəaliyyətsizliyindən narazılığı baş qaldırır. Son günlər bir sıra kəndlərdə vətəndaşların yerli hakimiyyətlərə qrup şəklində müraciətləri olub. Müraciətlərdə dövlət yardımının ədalətsiz paylanmasından narazılıq ifadə olunur. Çaxnaşmalar FHN-i qeyri-adekvat əməllərə təhrik…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Kinematoqrafçılar İttifaqını anbara daşıdılar

Yanvarın 23-də Bakı meriyasının nümayəndəsi Kinematoqrafçılar İttifaqına gələrək, ofisin boşaldılmasını tələb edib. Bundan sonra işçilər əşyaları və sənədləri daşımağa başlayıblar. Bu barədə Turan-a Kİ katibi İsa Cabbarov bildirib. Onun sözlərinə görə, meriya nümayəndəsi adını söyləməyib və hər-hansı sənəd göstərməyib. Kİ sənədlərinə gəlincə, onlar qurumun on illərdir yerləşdiyi Hökumət Evinin…

Tam mətn
Muəllif: Aynurə Əhmədova

Bu il də ərzağın bahalaşması davam edəcək

Artıq bəlli olduğu kimi, 2013-cü ilin dövlət büdcəsinin gəlirləri 19,2 milyard manat, xərcləri isə 19,8 milyard manat olacaq. Praktik olaraq, büdcə gəlirləri 2012-ci illə müqayisədə 13% çoxdur. Müqayisə üçün bildirək ki, bu il Ermənistanın dövlət büdcəsi 3,4 milyard dollar təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi…

Tam mətn