Muəllif:

Bizdən olub, bizlərə oxşamayan Mirzə Cəlil

Sən demə, bu günlərdə Mirzə Cəlilimizin də doğum günü olub.

Biz «Ölülərə» rəhmət oxuyub, özü əbədi rəhmət qazanan Mirzə Cəlilimizin

Bizləri, «Saqqallı uşaqları» yarışən, yarıacı, qınayıcı, amma həm də asudə Ata gülüşüylə əzizləyib, yetkinliyə çatdırmağa çalışan Mirzə Cəlilimizin

Bizləri «Qəm pəncərəsindən» ayırıb «Cumhuriyyətə» daşımağa (belə bir əsəri var deyilənə görə, … amma yəqin ortaya çıxartmaq indi sərf eləmir ) çalışan Mirzə Cəlilimizin

Bizlərə, «Kefli İsgəndərin» peyğəmbər səsi ilə «Gələcək nəsillər tarixi vərəqləyib üzünüzə «tfu»” tüpürməsinlər deyə, «Аlim də olmasanız, Аdam olun! » bağıran, «Şeyx Nəsrullahın» «lotuluqlarına», «gecələr körpə qız uşaqlarını boğmağına» özümüzü özümüzə inandırmaq istəyən Mirzə Cəlilimizin

«Anamızın kitabını» biz rusbaşlara, osmanlışivəlilərə, iranpərəstlərə oxutmağa can atan Mirzə Cəlilimizin.

Hələ də “Poçt qutusuna” çox məktublarımız çatmayıb, Mirzə.

Hələ də “Qurbanəli bəylərimiz” Ağalarına çox vədlər verib, əməl etməyib, Mirzə.

Hələ də “Bəlkə də qaytardılar” ümidi ilə yaşayırıq, Mirzə.

Hələ də “Allahu Əkbəri” O Tək olanının Tək Rəsulunun – Elçisinin aid etdiyi “Özündə hər Olan, hər Olanda Özünə” yox, kəraməti bəlli olmayan müqəvva və bütlərə oxuduğumuz üçün, övladlırmız ana bətnindən çıxan kimi «gözlərini qaranlığa» açır, Mirzə.

Hələ  də “Ustadan” daha çox “Usta Zeynallarıq”, Mirzə.

Hələ də “Danabaş kəndi” ətrafında ara sıra var–gəl edirik, Mirzə.

Hələ də “Dəli yığıncaqlarımız” çoxdur, Mirzə.

Hələ də “Kişmiş oyunu“ oynayırıq, Mirzə.

Hələ də “Molla Nəsrəddini” “Allahsız” etmək istəyənlər var, Mirzə.

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 180