Muəllif:

Qızılağacda məktəb direktoru intihar edib

Salyan rayonunda məktəb direktoru intihar edib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. 1956-cı il doğumlu Fətulla İsmayılov yaşadığı evin həyətində üzüm talvarından özünü asaraq intihar edib. Mərhum Qızılağac kənd Əlövsət Quliyev adına orta məktəbin direktoru olub. Faktla bağlı araşdırma aparıldığı bildirilir. Gərək çox ciddi səbəb olsun ki, belə bir vəzifənin daşıyıcısı özünü asmağa qərar versin.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 282