Muəllif:

Ottavada erməni siyasi fırıldaqçılara layiqli cavab verilib

Bu gün Türkiyənin Ottavadakı səfirliyinin binasının qarşısında Kanadada yaşayan erməni icmasının nümayəndələri tərəfindən qondarma «erməni soyqırımı günü» münasibətilə etiraz aksiyası keçirilib və bu əməlin təşkilatçıları olan siyasi fırıldaqçılar — nəcib Kanada xalqını aldatmağa
çalışan erməni «xadimlər» layiqli cavablarını alıblar. Bu barədə Azərbaycanın Kanada səfirliyi xəbər yayıb.
Hər il olduğu kimi, bu il də ermənilər 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş «hadisələr»in Türkiyə hökuməti tərəfindən soyqırım kimi tanınmasını tələb edən kiflənmış, yalan və böhtanın ifadəsi olan şüarlar səsləndiriblər. Ermənilərin builki aksiyasına cavab olaraq, Kanada paytaxtında ilk dəfə bu ölkənin müxtəlif şəhərlərində yaşayan türk və Azərbaycan icmalarının təmsilçiləri aksiyanın keçirildiyi vaxtda Türkiyə səfirliyi qarşısında toplaşaraq ermənilər tərəfdən səsləndirilən şüarlara cavablar səsləndiriblər.
Cavablarda Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və işğal altında olan ərazilərin azad olunması tələb edilib. Həmçinin, aksiya zamanı gənclərimiz Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 97