Muəllif:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı bəyanatla çıxış etdi

Bu gün M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı Filialının İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb. Bəyanatda bildirilir ki, 25-26 dekabr 2013-cü il tarixində  «Yeni Musavat «və «Azadlıq» qəzetlərində Bakı Apelyasiya Məhkəməsində keçirilən bir məhkəmə işi ilə bağlı materiallar dərc olunmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının  rektoru,  professor Nərgiz Arif qızı Paşayevanın adından bildiririk ki, bu materiallarda  prof. N.Paşayevanın adı ilə bağlı yazılan bütün məqamlar həqiqətə uyğun deyil. İctimaiyyətə həmişə açıq olan prof.N.Paşayeva yaxın zamanlarda bunu öz yazısı ilə də mətbuatda təsdiqləyəcəkdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10