Muəllif:

İntiharın səbəbi: baş mühasib yaşamaqdan bezibmiş

Bu gün saat 09:00 radələrində Bərdənin Piyadalar kəndində yaşayan, Bərdə rayon Baytarlıq İdarəsində baş mühasib işləyən, 47 yaşlı Vəliş Məmmədov kənd qəbiristanlığında, mərhum anasının qəbrinin yanında özü ilə gətirdiyi ov tüfəngindən sinə nahiyəsinə atəş açaraq intihar edib.

Baş Prokurorluğunun mətbuat xidməti bildirir ki, baş vermiş hadisə ilə bağlı rayon prokurorluğu, yerli polis və məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib və digər zəruri prossesual hərəkətlər yerinə yetirilib. Baxış zamanı Məmmədovun cibində özü tərəfindən yazılaraq qardaşı Əliş Məmmədova ünvanlanmış məktub aşkar edilib. Məktubda onu özünü öldürməyə heç kimin vadar etmədiyini, yaşamaqdan bezdiyini, kimdənsə alacağı və borcunun olmadığını göstərib.

Faktla bağlı rayon prokurorluğunda CM 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 150