Muəllif:

İlham Nəzərov Roma Opera Teatrında çıxış edib

Azərbaycan Dövlət Filarmoniyası Xor Kapellasının, Dövlət Akademik Opera və Balet Teatrının və «Üns» yaradıcılıq səhnəsinin solisti, gənc vokalçı İlham Nəzərov dünyanın ən möhtəşəm opera səhnələrindən biri sayılan Roma Opera Teatrında «Nos» operasında iştirak edir. Bu günlərdə burada dahi rus bəstəkarı Dmitri Şostakoviçin bu operası tamaşaya qoyulmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Nikolay Qoqolun eyniadlı povesti əsasında bəstələnmiş operaya tanınmış alman teatr rejissoru Peter Ştayn quruluş verib. Operada iştirak etmək üçün müxtəlif ölkələrdən 35 ifaçı dəvət olunub. Onlardan yalnız İlham Nəzərov Azərbaycan vokal məktəbini təmsil edir. Həmyerlimiz Roma Opera Teatrının səhnəsində çıxış edən ilk azərbaycanlı opera ifaçısıdır.
Premyeradan sonra fevralın 3-dək operanın 5 tamaşası nəzərdə tutulur. İlham Nəzərova operada olan rollardan dördünün ifası həvalə olunub. Bu, gənc vokalçının İtaliya opera səhnəsində ilk çıxışı deyil. Ötən il 38-ci «Della Valle D’İtria» festivalı çərçivəsində Martina Franka şəhərindəki Cüzeppe Verdi Teatrında Luici Rossinin «Orfey» operasında baş rolu uğurla ifa etmişdi.
Qeyd edək ki, İlham Nəzərov «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramına müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Osimo D’Arte Lirika Akademiyasında təhsil alır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 581