Muəllif:

İdman Dırmanması bir kənarda qala bilməz

Beynəlxalq İdman Dırmanması Federasiyası (İFSС) Avropa Komissiyasının Prezidenti Volfgang Vebel aprelin 23-də Bakıya işgüzar səfərə gəlib.
Vebelin gəlişinin başlıca məqsədi 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının siyahısında idman dırmanmasının da yer almasıdır.

İFSC Avropa Komissiyasının Prezidenti Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərləri ilə bir sıra işgüzar görüşlər keçirəcək, eyni zamanda, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idman klublarının fəalları ilə görüşəcək.

Qonaq Bakıda İFSC-nin fəaliyyəti, planları haqqında məlumat verib və Azərbaycanda bu idman növünə qayğı və diqqətdən məmnun olduğunu bildirib.
Eyni zamanda, səfər çərçivəsində Vebel Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş «Climbaku» İdman Dırmanması Mərkəzi və Federasiyanın idman qurğuları ilə tanış olacaq.

Xatırladaq ki, bu səfər, eyni zamanda iyul ayında Bakıda keçiriləcək idman dırmanması üzrə dünya kuboku yarışlarına hazırlıq məqsədi daşıyır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 675