Muəllif:

Fantastika: ən böyük məscid, 100 milyard dollar…

Şübhəli layihənin müəllifi dünyada ən böyük məscidi tikəcək? Bəli, dünyada ən böyük məscid Bakı yaxınlığında Khazar Islands ərazisində tikiləcək və bu layihəni özəl “Avesta” konserni həyata keçirəcək. Bu barədə layihənin rəhbəri İbrahim İbrahimov (Diaspora ilə iş üzrə Dövlət Komissiyasının rəhbəri Nazim İbrahimovun qardaşı) “Novosti Azerbaycan”a bildirib. Əlavə edib ki, məscid Pakistanın İslamabad şəhərindəki “Şah Feysal” məscidindən daha böyük olacaq.
Lakin məscidin hansı vəsaitlə tikiləcəyi, investorun kim olduğu və bu məscidin nəyə lazım olduğu barədə cavab yoxdur. Bu adaların kimə lazım olduğu, layihəyə xərclənəcək 100 mlrd. dolların haradan gələcəyi və orada kimin yaşayacağı haqqında suallara da cavab yoxdur, deyə Turan-ın xəbərində deyilir. Bir sözlə, fantastika.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125