Muəllif:

“Elbaro” restoranında ata və oğul ayaqlarından güllələnib

BDU yaxınlığında, Zahid Xəlilov küçəsində yerləşən “Elbaro” restoranında zərgər Aydın Məmmədzadənin anasının ad günü qeyd edilirmiş. Mərasimin başa çatmasına az qalmış hələlik şəxsiyyəti açıqlanmayan şəxs restorana daxil olub və banket zalına qalxıb. O, ata və oğul Məmmədzadələri nişan alaraq, avtomat silahla onları ayağından güllələyib. Hadisə yerində olan digər şəxslər zərər çəkməyib.

Məlumata görə, Aydın Məmmədzadə Bakının tanınmış və stajlı zərgərlərindən biridir. Onun oğlu Emin Məmmədzadə də zərgər kimi fəaliyyət göstərir. Onlar – 45 yaşlı Aydın Məmmədzadə və onun oğlu, 20 yaşlı Emin Məmmədzadə güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə DİN, şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun əməkdaşları gəlib. Hadisənin motivi hələlik açıqlanmır. Faktla bağlı cinayət işi başlandığı bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 282