Zelenski Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb

Dünya

05.07.2026 - 14:11

“Prezident Trampla mən cəbhədəki mövcud vəziyyəti diplomatik şəkildə müzakirə etdik”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığının təfərrüatlarını “Telegram” kanalında açıqlayıb. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, Zelenski onların "əla telefon danışığı" keçirdiklərini bildirib.

Zelenski Trampı və bütün amerikalıları Müstəqillik Günü münasibətilə təbrik edib və ABŞ-a hərbi və siyasi dəstəyinə görə təşəkkür edib.

"Əlbəttə ki, Prezident Trampla mən cəbhədəki mövcud vəziyyəti diplomatik şəkildə müzakirə etdik. Bu müharibəyə son qoymaq üçün real perspektiv var və Amerikanın qətiyyəti həlledici olacaq", - deyə Ukrayna lideri bildirib.

Siyasətçilər gələn həftə Ankarada keçirilməsi planlaşdırılan NATO sammiti zamanı söhbəti şəxsən davam etdirmək barədə razılığa gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş