ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilərlər, lakin səfərlə bağlı konkret tarix müəyyən edilməyib. AYNA.AZ xəbər verir ki, bu barədə mənbələrə istinadən TASS agentliyi məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl “The New York Times“ (NYT) mənbələrə istinadən Uitkoff və Kuşnerin münaqişənin həlli məsələləri ilə bağlı Rusiya və Ukrayna rəsmiləri ilə gündəlik əlaqə saxladıqları barədə məlumat yaymışdı.