Hücumlar nəticəsində terminalda yanğın olub
Ukrayna ordusu Sankt-Peterburqdakı neft terminalına dronlarla hücum edib. Nəticədə terminalda yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Telegram”dakı OSINT qrupları məlumat yayıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko hücumu təsdiqləyib. O bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri "düşmənin onlarla PUA-sını" vurub.
Eyni zamanda, rəsmi şəxs etiraf edib ki, "Vısotsk limanı ərazisində dronların qalıqları aşkarlanıb".
Onun sözlərinə görə, regiondakı vəziyyətlə əlaqədar olaraq mobil internet sürəti azalıb.
Rusiya hakimiyyəti dəyən ziyanın və ya itkilərin miqyası barədə heç bir rəsmi məlumat yaymayıb.