MSK sədri parlamentdə üç siyasi qüvvənin təmsil olunacağını açıqlayıb
Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Vaaqn Hovakimyan Konstitusiya Məhkəməsinin 7 iyun 2026-cı il parlament seçkilərinin nəticələrini təsdiqləyən qərarına münasibət bildirib.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Hovakimyan “Facebook”da Ermənistan Parlamentinin doqquzuncu çağırışında üç siyasi qüvvənin təmsil olunacağını açıqlayıb.
“Vətəndaş Müqaviləsi” Partiyası - 64 deputat;
“Güclü Ermənistan” Partiyası - 29 deputat;
“Ermənistan” bloku - 12 deputat.
Konstitusiya Məhkəməsinin seçki nəticələrinə etiraz edən yeddi siyasi qüvvənin müraciətinə baxılmasından sonra açıqlanan qərarı iyulun 4-də Konstitusiya Məhkəməsinin sədri Armen Dilanyan açıqlayıb.