Qızıl Tramp və "Demokratiya məbədi" – ABŞ Prezidentindən yeni paylaşım

Maraqlı

05.07.2026 - 09:54

"Mən gələcək uzun illər ərzində ən böyük prezident hesab ediləcəyəm"

ABŞ Prezidenti Donald Tramp  “Truth Social” sosial şəbəkə hesabında dörd ABŞ Prezidentinin şəkillərinin yanında qızılı heykəl kimi təsvir olunduğu videosunu paylaşıb.

AYNA.AZ xəbər verir ki, videoda Trampın qızılı büstü ilə yanaşı, Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun da yer aldığı kompozisiya var.

Söhbət Cənubi Dakotanın Qara Təpələrindəki Raşmor dağına həkk olunmuş "Demokratiya məbədi" barelyefindən gedir. Hündürlüyü 18,6 metr olan abidə 1927-1941-ci illər arasında yaradılıb və 1939-cu ildən bəri ABŞ-ın milli abidəsi elan edilib.

Yayımlanan videoda Trampın "Mən gələcək uzun illər ərzində ən böyük prezident hesab ediləcəyəm" deməsinə bənzər bir səs var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş