Lakin Mask hələ də planetin ən varlı adamları arasında birinci yerdədir
Amerikalı iş adamı, “Tesla”nın rəhbəri İlon Maskın sərvəti 298 milyard dollara düşüb, ilin əvvəlindən isə o, 130 milyard dollardan çox itirib. Lakin Mask hələ də planetin ən varlı adamları arasında birinci yerdədir. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin dərc etdiyi “Bloomberg Billionaire Index”in məlumatlarında göstərilib.
Masksəhm bazarlarında baş verən dalğalanmalar səbəbindən bir neçə saat ərzində 10 milyard dollar itirib. Bu, ABŞ Prezidenti Donald Trampın müxtəlif ölkələrdən ABŞ-a idxal olunan mallara rüsumları artırmaq qərarı nəticəsində baş verib.
Qeyd edək ki, ABŞ Hökumətinin Effektivliyi Agentliyinə rəhbərlik edən Mask birbaşa Ağ Evdən qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarına yenidən baxmağı xahiş edib. Lakin “The Washington Post”un yazdığına görə, Maska hələlik müsbət cavab verilməyib. Multimilyarder uzun müddətdir ki, tarifləri ABŞ və Çinin əsas istehsal və satış mərkəzləri olan “Tesla” şirkətinin biznesi üçün zərərli hesab edir. Analitiklərin fikrincə, yeni tariflər digər avtomobil istehsalçılarına ciddi zərbə vuracaq.