Boşalmış qəsəbələrə köçənlərə ev, pul verilir

Maraqlı

03.01.2020 - 10:03

Cambrone havayı ev təklifinin işə yarayacağına inanır

 

İtaliyanın cənubunda qəsəbələr, kəndlər boşalır. Yerli icra orqanları əhali sayını sabit saxlamaq və ya artırmaq üçün müxtəlif üsullardan istifadə edir.

 

AYNA xəbər verir ki, Siciliyadakı Kammarata qəsəbəsinin bələdiyyə başqanı Vinçentso Cambrone qəsəbəyə birdəfəlik köçənlərə havayı ev veriləcəyini bildirib.

 

Bundan başqa, uşaqlı gənc ailələr 1000 avro ala biləcək.

Dəniz səviyyəsindən 1578 metr hündürlüyündə yerləşən Kammaratada indi 6 min 416 nəfər yaşayır. Halbuki vaxtilə əhali sayı xeyli yüksək olub.

 

Palermonun 60 kilometrliyində yerləşən qəsəbədə tarixi binalar az deyil.

 

Cambrone havayı ev təklifinin işə yarayacağına inanır. Üstəlik, uşağı olan gənc ailələrin 1000 avro birdəfəlik yardım almaq imkanını yüksək qiymətləndirir. (Bizimyol.info)

Müəllif: Ayna.az