Mask dünyanın ilk trilyoneri statusunu itirir

Maraqlı

24.06.2026 - 15:10

İş adamının xalis sərvəti 118 milyard dollar azalıb

“SpaceX”in qurucusu İlon Maskın xalis sərvəti 1 trilyon dollardan aşağı enərək 957 milyard dollara düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” “Billionaires” indeksinə istinadən məlumat yayıb.

Bu indeks digər amillərlə yanaşı, şirkət səhmlərinin qiymətlərinə əsaslanaraq hesablanır.

Son dəyişikliklər iş adamının xalis sərvətinin 118 milyard dollar azalmasına səbəb olub.

12 iyunda Mask “SpaceX” şirkətinin səhmləri ticarətə başladıqdan sonra dünyada xalis sərvəti 1 trilyon dolları keçən ilk şəxs olub. Beləliklə, o təxminən iki həftə ərzində trilyoner statusunu saxlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş