YAP hazırkı deputatların 18-ni dəstəkləmədi
Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün namizədlərinin siyahısını açıqladı.
AYNA xəbər verir ki, YAP-ın deputatlığa namizədlər siyahısına köklü dəyişiklik edəcəyi gəzlənilsə də, bu, baş vermədi. Belə ki, partiyanı parlamentdə təmsil edən deputatların 47-nin namizədliyi yenidən irəli sürüldü.
Amma YAP-ın siyahısından kənarda qalanlar da oldu. Onların ümumi sayı isə 18 nəfərdir. Partiyanın namizədlər siyahısından kənarda qalan hazırkı deputatların adlarını təqdim edirik:
Rövnəq İbrahim oğlu Abdullayev
Ağacan Qulam oğlu Abıyev
Xanlar Nuru oğlu Fətiyev
Mirzəcan Mirzəmməd oğlu Xəlilov
Tahir Süleyman oğlu Süleymanov
İlham Əlisəftər oğlu Əliyev
Müslüm Mürsəl oğlu Məmmədov
Əliağa İzzət oğlu Hüseynov
Arif Qafar oğlu Rəhimzadə
Elçin Bəybala oğlu Quliyev
Mirkazım Məhəmməd oğlu Kazımov
Nəriman Əlibaba oğlu Əliyev
Əsabil Qarakişi oğlu Qasımov
Bahar Əvəz qızı Muradova
Sona Sakit qızı Əliyeva
Rafiq Musa oğlu Məmmədhəsənov
Yaqub Mikayıl oğlu Mahmudov
Cavid Qənbər oğlu Qurbanov