Misir piramidalarının sirri açılmaq üzrədir

Maraqlı

02.01.2020 - 23:36

Həkimlər Klinikalar SEO Xidməti

Səhra qumunun normal qumdan 2 qat daha sərt birləşməyə səbəb olduğu müəyyən edilib

 

Misir piramidaları ilə bağlı ortaya çıxan iddialar bütün dünya ictimaiyyətinin təəccübünə səbəb olub. AYNA xəbər verir ki, bu barədə Misir piramidalarının tədqiqatçıları məlumat yayıblar. 

 

Piramida tədqiqaçlarının Amsterdam Universitetində apardıqları araşdırmalar nəticəsində piramidaların inşaasında səhra qumları komponentlərinin əhəmiyyətli rol oynadığı məlum olub. Tədqiqatçılar müəyyən miqdarda səhra qumu və səhra suyunun tərkib hissələrinin uyğun sərtliyinin piramidaların yaranmasında xüsusi rol oynadığını bildiriblər.

 

Aparılan araşdırmalar nəticəsində qum komponentləri sınaqdan keçirilib və səhra qumuna münasib miqdarda su əlavə olunub. Bundan sonra səhra qumunun normal qumdan 2 qat daha sərt birləşməyə səbəb olduğu müəyyən edilib.

 

Təcrübə nəticəsində səhra qum suyunun uyğun gərginliyə və qum sərtliyini təyin edən bir qüvvəyə sahib olduğu da məlum olub.

Müəllif: Ayna.az