Yeni planet Yer kerəsindən 35 milyon işıq ili uzaqlıqda yerləşir
ABŞ Kosmik Tədqiqatlar Agentliyi (NASA) dünyadan 35 milyon işıq ili uzaqlıqda olan ən kiçik planeti kəşf edib.AYNA xəbər verir ki, L 98-59B adlandırılan yeni planetin kəşfi ilə bağlı “The Astronomical Journal” nəşrində məqalə dərc olunub.
NASA-nın araşdırma peyki TESS tərəfindən müşahidə edilən planetin Yerdən kiçik, Marsdan isə böyük kütləyə sahib olduğu deyilir.
Planet, dünyadan 35 milyon işıq ili uzaqlıqdakı L 98-59 qalaktikasının yanında yerləşdiyi üçün L 98-59B adlandırılıb.
Qeyd edək ki, indiyədək günəş sisteminin xaricində kəşf edilən ən kiçik planet Kepler Kosmik teleskopu ilə müşahidə edilmiş Kepler -37-b planeti olub.