“Sehrli içki” sizi əziyyətdən xilas edə bilər

Maraqlı

27.06.2019 - 09:37

Bunun üçün 2 xörək qaşığı alma sirkəsi, 1 stəkan su lazımdır

 

Qarın boşluğunda olan şişkinliyi çox vaxt yediyimiz qidalarla əlaqələndiririk. Amma tək qidalar buna təsir etmir. Eyni zamanda, stress və sıxıntılar da qarın boşluğunda şişkinlik yaradır.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bağırsaqda olan problemlər, yumurtalıqlarda olan şişlər də qarın boşluğunun böyüməsinə səbəb ola bilir. Belə olan halda, insanlar dərman qəbul edirlər.

 

Əgər qarın boşluğunda heç bir xəstəliyiniz yoxdursa, o zaman yaranan şişkinliyi başqa yolla həll edə bilərsiniz. Bu da “sehrli içki”dir. 15 dəqiqə ərzində bu içkini qəbul etməklə o şişkinlikdən qurtara bilərsiniz.

 

Bunun üçün 2 xörək qaşığı alma sirkəsi, 1 stəkan su lazımdır. Alma sirkəsini suya qarışdırıb içmək lazımdır. Baş verən şişkinlik 15 dəqiqə sonra gedəcək.

Müəllif: Ayna.az