Kim Çen Inın Putinə hədiyyə etdiyi itlərə ləqəblər verilib

Maraqlı

18.07.2024 - 15:31

Həkimlər Klinikalar SEO Xidməti

Kreml sözçüsü onların adlarını daha sonra açıqlayacağına söz verib

Şimali Koreya lideri Kim Çen Inın Rusiya Prezidenti Vladimir Putinə hədiyyə etdiyi itlər artıq ləqəb alıblar. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml sözçüsü onların adlarını daha sonra açıqlayacağına söz verib.

"Təbii ki, ləqəblər var, biz onları deyəcəyik", Peskov bildirib.

Putinin 18-19 iyun tarixlərində Şimali Koreyaya dövlət səfəri zamanı Kim Çen In ona Şimali Koreya canavarlarından yetişdirilən və ölkə hüdudlarından kənarda demək olar ki, tanınmayan nadir “Pungsan” cinsinə aid iki ov iti hədiyyə edib.

Bundan əvvəl Dmitri Peskov məlumat vermişdi ki, itlər Moskvaya gəlib və uyğunlaşmağa başlayıblar. Ev heyvanları Moskva yaxınlığındakı Novo-Oqarevo iqamətgahında yaşayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş