Putinin ilginc planı - Rusiya “qaralacaq”

Maraqlı

19.01.2024 - 17:50

Həkimlər Klinikalar SEO Xidməti

Axı rus qadınları öz kişilərindən uşaq dünyaya gətirməkdən imtina edirlər

Milli kimliyin qorunub saxlanmasını özünün əsas ideologiyası adlandıran Rusiya ağ slavyan qanını qara Afrika qanı ilə qarışdırmaq qərarına gəldi. Moskva Keniyadan 10 min nəfər əmək miqrantı dəvət edir.

Rus qadınlarının tünd dərili Qafqaz və ümumən Orta Asiya kişilərinə məlum marağı, xüsusən də onların zəhmətkeşliyi və alkoqoldan asılılığının olmaması nəzərə alınsa, bu addımın demoqrafiya üçün nəticələri aydındır.

Qara qitədən olan tələbələrin SSRİ-də 2 həftə qalmasının ardınca, SSRİ-də birinci və VI Ümumdünya Gənclər və Tələbələr Festivalı keçirildikdən 9 ay sonra, 1957-ci ildə yalnız Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, 500 nəfər tünd saçlı festival uşağının doğulmasını xatırlayaq.

Keniyalılar isə 2 həftəlik dəvət edilmir. Rəsmi versiyaya görə, Ukrayna müharibəsi və əhalinin qocalması nəticəsində yaranan rekord işçi çatışmazlığı fonunda Rusiya MDB ölkələrindən kənarda əmək miqrantları axtarır və nəzərlərini Afrikaya çevirib. Artıq Rusiyada 30 “afro-kənd”in tikintisi elan edilib.

Səfərbərliklə bağlı da problemlər var. Təsadüfi deyil ki, yanvarın 4-də Rusiya Prezidenti Vladimir Putin “Xüsusi Hərbi Əməliyyat” (XHƏ) dövründə Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlamış əcnəbilərə Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsi haqqında fərman imzalayıb. Sadələşdirilmiş yolla vətəndaşlığı sağlamlıq vəziyyətinə görə, yaş həddinə çatdıqda, müqavilənin müddəti başa çatdıqda və hərbi vəziyyətə xitam verildiyi üçün “XHƏ” müddətində Rusiya Silahlı Qüvvələrində hərbi xidmətdən xaric edilənlər də ala biləcək. Müharibə davam etdikcə neçə minlərlə uşaq çatışmazlığının yaranacağını yalnız təxmin etmək olar.

“Festivalın uşaqları” ilk dəfə olaraq bütün qitələrdən gələn geniş gənclər ictimaiyyətinə ölkənin qapılarını açan o vaxtkı Sov.İKP-nin Baş katibi Nikita Xruşşovun yeniliyinin bəhrəsi idi. Sovet qızları üçün ən qeyri-adi olan və onların marağına səbəb olan təbii ki, afrikalılar idi.

Sovetlər ölkəsində kontrasepsiya defisit idi və əhalinin bu mövzuda maarifləndirilməsi çox zəif idi. “İsitiləşmənin” başlanğıcındakı maraq və müvəqqəti icazəlilik sovet "əxlaq imicini" ciddi şəkildə sarsıtdı və Xruşşov 9 aydan sonra xeyli sayda rəsmi və qeyri-rəsmi "afrikanski" hədiyyə aldı.

Özünü Rusiya imperatorları ilə müqayisə etməyi sevən Putinin nə qədər “kömür rəngli keniyalı” alacağını təxmin etmək olar. Böyük Pyotrun yalnız bir ərəbi var idi - A.S.Puşkinin ulu babası Hannibal Abram Petroviç. O - Efiopiya knyazı, yeddi yaşında, türklər tərəfindən girov götürülərək, 1706-cı ildə rusların olduğu İstanbula göndərilmişdi. Səfir S.Raquzski onu Moskvaya apararaq çara təqdim edir. Sonradan Hannibal baş general olur.

Ən azı bir qədər rus çarlarına bənzəməyə çalışan Putin, görünür, “Puşkin fenomeni”ndən daha genişmiqyaslı layihəyə – “rəngli körpə bumu”na yönəlib. Axı rus qadınları öz kişilərindən uşaq dünyaya gətirməkdən imtina edirlər, hətta abort qadağası belə, kömək etmir.

Müəllif: Mira Həsənova