“Baş nazir və Prezident tezliklə ABŞ-da görüşmək barədə razılığa gəliblər"
İsrail Baş naziri Benyamin Netanyahu tezliklə ABŞ-da ABŞ Prezidenti Donald Trampla görüşəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
"Netanyahu Trampla telefonla danışıb. Baş nazir və Prezident tezliklə ABŞ-da görüşmək barədə razılığa gəliblər", - deyə qeyd edilib.
Ofisdən bildirilib ki, İsrail Baş naziri Amerika liderinə "iki ölkə arasındakı sıx əlaqələrə yüksək dəyər verir".