Nüvə müfəttişləri İranda daxil olmaq istəyir

Dünya

04.07.2026 - 21:08

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi qurumun müfəttişlərinin İranın nüvə obyektlərinə daxil olmasının vacibliyini vurğulayıb.

AYNA.AZ xəbər verir ki, “əl-Hədəs” telekanalı məlumat yayıb. 

Qrossi müfəttişlərin indiyədək obyektlərə baxış keçirə bilmədiyini və bunun Vaşinqtonla Tehran arasındakı danışıqların gedişindən asılı olduğunu deyib.

Bununla yanaşı, Qrossi bu məsələdə realist olduğunu və hər iki məsələnin bir-biri ilə bağlılığını anladığını diqqətə çatdırıb və danışıqlar prosesinin sürətlənəcəyinə inamını ifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş