Abidə sıxılmış yumruğun təsvirini daşıyır
Tehranda İranın mərhum Ali Rəhbəri Seyid Əli Xameneyinin şərəfinə abidə ucaldılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, abidə sıxılmış yumruğun təsvirini daşıyır.
Eyni simvolu daşıyan plakatlar şəhərin hər yerində asılıb. Onların arasında ABŞ və İsrail hücumlarında həlak olan Xameneyinin və İslam Respublikasının digər hərbi və siyasi xadimlərinin portretləri olan bannerlər də var. Meydanlarda insanlara İran bayraqları paylanır və küçələr izdihamlıdır.
Ali Rəhbərin xatirəsi ilə əlaqədar elan edilən milli matəmə baxmayaraq, paytaxtdakı bəzi mağazalar açıq qalır, küçə ticarəti davam edir və bəzi kafelər açıqdır.
Amerika və İsrail hava hücumlarında həlak olan Xameneyi ilə vida mərasimi Tehranda dünən başlayıb. Anım mərasimində ən azı 100 ölkədən yüksək vəzifəli nümayəndə heyətləri iştirak edir. Dəfn mərasimi iyulun 9-da onun doğma şəhəri Məşhəddə keçiriləcək.