Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini qüvvədə saxlayıb

Dünya

05.07.2026 - 00:17

Seçkilərin nəticələrinin etibarsız sayılması ilə bağlı apellyasiya şikayətləri rədd edilib

Ermənistan Konstitusiya Məhkəməsi müxalifət partiyalarının müraciətlərinə baxdıqdan sonra parlament seçkilərinin nəticələrini etibarsız hesab etməkdən imtina edib. Bu barədə AYNA.AZ erməni mediasına istinadən bildirir.

"Mərkəzi Seçki Komissiyasının Ermənistandakı parlament seçkilərinin nəticələrinin yekunlaşdırılması ilə bağlı 14 iyun tarixli qərarı qüvvədə saxlanılıb", - deyə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bildirib.

Onun sözlərinə görə, qərar qətidir və dərc edildiyi andan qüvvəyə minir.

Məhkəmədə müraciətlərə baxılması 26 iyundan 1 iyula qədər davam edib. Bundan sonra hakimlər müşavirəyə gediblər.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçirilib. Rəsmi nəticələrə görə, parlamentə üç siyasi qüvvə daxil olub: “Vətəndaş Müqaviləsi” Partiyası 49,7456% (726.819 səs), “Güclü Ermənistan” Partiyası 23,2710% (340.060 səs) və “Ermənistan” bloku - 9,9231% (144.983 səs) toplayıb.

Səslərin sayılmasının bir mərhələsində yeni parlamentdə potensial iştirakçı hesab edilən “Çiçəklənən Ermənistan” Partiyası sonda 58.287 səs (3.9893%) toplayıb və qanunla müəyyən edilmiş 4% həddini keçə bilməyib.

Yeni parlamentdə “Vətəndaş Müqaviləsi” Partiyası 64 mandat, “Güclü Ermənistan” Partiyası 29, “Ermənistan” bloku isə 12 mandat alıb.

Beləliklə, hakim partiya parlament çoxluğunu saxlayıb, lakin ölkənin əsas qanununa birtərəfli dəyişiklik etmək üçün lazım olan konstitusiya çoxluğuna malik deyil.

19 iyunda yeddi siyasi qüvvə - “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan”, “Ermənistan”, “Birlik Qanadları”, “Demokratiya, Qanun, Nizam, Respublika Naminə” Demokratiya Müdafiəçiləri Birliyi və “Yeni Qüvvə” seçki nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş