"Əgər kiməsə qarşı haqsızlıq etmişəmsə, xahiş edirəm məni bağışlasın”
Ermənistan Parlamentinin sədri Alen Simonyan bu gün parlamentdə son çıxışını edib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, spiker deyib: "Biz tarix yaratdıq".
Simonyan həmçinin Ruben Rubinyana parlament sədri vəzifəsində uğurlar arzulayıb.
O həmçinin üzr istəyib: "Əgər kiməsə qarşı haqsızlıq etmişəmsə, xahiş edirəm məni bağışlasın. Hamınızı sevirəm".