Moldovadakı “Rus Evi” bağlanıb

Dünya

05.07.2026 - 09:15

Mərkəzin bəzi funksiyaları Rusiya səfirliyinin Mədəniyyət Departamentinə veriləcək

Moldovanın paytaxtı Kişinyovda yerləşən Rus Mədəniyyət Mərkəzi – “Rus Evi” bağlanıb. AYNA.AZ “Newsmaker”ə istinadən bildirir ki, bu barədə Rusiyanın Moldovadakı səfirliyi açıqlama yayıb.

İyulun 4-də Rusiyanın Moldovadakı səfirliyi Kişinyovdakı “Rus Evi”nin bağlanacağını və bəzi funksiyalarının Rusiya səfirliyinin Mədəniyyət Departamentinə veriləcəyini açıqlayıb.

"Dərin təəssüf hissi ilə bildiririk ki, Moldova hökumətinin qərarından sonra Kişinyovdakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin (Rus Evi) bağlandığını elan etməliyik. Uzun illərdir ki, Mərkəzimiz görüş, dialoq və dostluq məkanı olub", - səfirliyin bəyanatında bildirib.

Bəyanatda qeyd edilib: ““Rus Evi”nin yerli ictimai və bədii dairələrin fəal iştirakı ilə uzunmüddətli fəaliyyəti sübut etdi ki, bu, Moldova vətəndaşlarının ehtiyaclarına və istəklərinə cavab verir. Heç bir məhdudiyyət və ya təzyiq həmişə sülh, qarşılıqlı anlaşma və xalqların mənəvi zənginləşməsinə xidmət edən rus mədəniyyətinə olan böyük marağı azalda bilməz".

Səfirlik humanitar və təhsil əməkdaşlığı ilə bağlı suallar üçün onlar Rusiya səfirliyinin Mədəniyyət Departamenti ilə əlaqə saxlamağı məsləhət görüb.

Xatırladaq ki, 5 dekabr 2025-ci ildə Moldova Rusiya Xarici İşlər Nazirliyinə “Rus Evi”nin fəaliyyət göstərməsi üçün sazişi ləğv etməsi barədə rəsmi məlumat verib. Eyni zamanda, 4 iyul onun işinin dayandırılması tarixi kimi təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş