Zelenski Aİ liderlərinin Brüsseldəki sammitində iştirak edəcək

Dünya

07.02.2023 - 07:47

Səfərinin dəqiq proqramı gizli saxlanılır

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçılarının sammitində iştirak edəcək. AYNA xəbər verir ki, bu barədə “Belga” məlumat yayıb.

Görüş fevralın 9-u və 10-na planlaşdırılıb.

Təhlükəsizlik baxımından dövlət başçısının Brüsselə səfərinin dəqiq proqramı gizli saxlanılır.

Xatırladaq ki, bir müddət əvvəl “Financial Times” Zelenskinin Aİ-yə üzv ölkələrin liderlərinin sammitində iştirak edə biləcəyini yazıb.

Müəllif: Ayna.az