Yaponiya Rusiya ilə Kuril adalarında humanitar mübadilələrin bərpasını istəyir

Dünya

25.01.2023 - 16:13

Fumio Kişida: “Yaponiya tərəfi də cənubda balıqçılıqla bağlı Moskva ilə məsləhətləşmələri bərpa etmək üçün səy göstərir”

Yaponiya Rusiya ilə Kuril adalarının cənub hissəsində humanitar mübadilələri mümkün qədər tez bərpa etmək niyyətindədir. AYNA TasS-a istinadən bildirir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida deyib.

“Ümid edirik ki, dörd adada mübadilələrin bərpası, o cümlədən, “şimal ərazilərində” məzarları ziyarət etmək üçün şəraitin yaranması üçün şərtlər mümkün qədər tez yaranacaq”, - Baş nazir vurğulayıb.

Kişida əlavə edib ki, Yaponiya tərəfi də Kuril adalarının cənubunda balıqçılıqla bağlı Moskva ilə məsləhətləşmələri bərpa etmək üçün səy göstərir.

Qeyd edək ki, ötən ilin mart ayında Rusiya tərəfi Cənubi Kuril adalarında müştərək iqtisadi fəaliyyətlərin yaradılması ilə bağlı Yaponiya ilə dialoqdan çıxdığını bəyan edib.

Rusiya hakimiyyəti dəfələrlə Rusiyanın Kuril adaları üzərində suverenliyinin danılmazlığını bəyan edib.

Müəllif: Ayna.az