Xankəndi – Bakı ultramarafonunun qalibləri mükafatlandırılıb

İdman

04.03.2024 - 18:41

İlk üç yerin sahibinə müvafiq olaraq 8 min, 5 min və 3 min manat pul mükafatı verilib

Xankəndi – Bakı ultramarafonunun mükafatlandırma mərasimi keçirilib. AYNA xəbər verir ki, qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev təqdim ediblər.

İlk üç yerin sahibinə müvafiq olaraq 8 min, 5 min və 3 min manat pul mükafatı verilib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Artyom Əliyev 380 kilometrlik məsafənin finiş xəttinə hamıdan birinci çataraq marafonun qalibi olub.

Yadigar Hüseynov yarışı ikinci, Seymur Şahbazov isə üçüncü tamamlayıb.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual