“TURKOVAC sayəsində pandemiyaya qarşı daha özgüvənliyik”

Dünya

20.01.2022 - 05:32

Həkimlər Klinikalar SEO Xidməti

Ərdoğan: "Yaxın gələcəkdə Türkiyə bu sahədə dünyanın aparıcı mərkəzlərindən birinə çevriləcək"

“Dünya koronavirus pandemiyasının yeni dalğası altında çətin günlərini yaşamaqda davam edir. Səhiyyə sistemimiz epidemiya ilə mübarizədə xəstəxana və reanimasiyadan tutmuş peyvəndlərə qədər bütün növ ehtiyacları ödəməyə qadirdir”.

AYNA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, TURKOVAC peyvəndinin sayəsində ölkə pandemiya ilə mübarizəyə daha çox inamla baxır.

"İnşallah, yaxın gələcəkdə Türkiyə bu sahədə dünyanın aparıcı mərkəzlərindən birinə çevriləcək. Epidemiyanın yayılması indiyədək məşğulluq və istehsal sahələrində heç bir ciddi pozuntuya səbəb olmayıb", - deyə o bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş