Türkiyədə güclü zəlzələ olub, xəsarət alanlar var

Dünya

23.11.2022 - 07:53

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir

Türkiyənin Düzce vilayətində baş verən 5.9 bal gücündə zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.

AYNA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir. Düzceyə lazımi sayda təcili yardım və mütəxəssis göndərilib”, - Fahrettin Koca sosial şəbəkə hesabında yazıb.

Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur. Düzcedə bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var.

 

Müəllif: Ayna.az