Nazir: "Kütləvi talanlara dair xəbərlərin çoxu əsassızdır"
Türkiyədə zəlzələ zonasında 351 oğurluq hadisəsi qeydə alınıb, 284 şəxs şühbəli qismində saxlanılıb.
AYNA-nın TRT-yə istinadla xəbərinə görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
Nazir əlavə edib ki, fəlakət zonasında kütləvi talanlara dair xəbərlərin çoxu əsassızdır. İndiyədək cəmi 4 belə hal qeydə alınıb.