Türkiyədə ağır yol qəzası olub, 42 nəfər yaralanıb

Dünya

09.09.2022 - 22:56

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerinə təcili yardım, xilasedicilər cəlb olunub

Türkiyədə ağır yol qəzası olub. Bu barədə AYNA “Anadolu”ya istinadən xəbər verir.

Məlumata görə, hadisə İstanbulda qeydə alınıb. Dörd metrobusun toqquşması nəticəsində azı 42 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş